Astarada canavarlar məktəblilərə hücum etdi: 7 yaralı - FOTO

Astara rayonunda canavarlar məktəblilərə hücum edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şüvü kəndində baş verib. Belə ki, bu gün səhər saatlarında məktəbə gedən şagird və valideynlər canavarların hücumuna məruz qalıb. Hadisə zamanı 4-ü məktəbli olmaqla 7 nəfər xəsarət alıb. İlkin məlumatlara görə, 1993-cü il təvəllüdlü Jalə Firudinzadə övladı Rəvan Abdullayevi məktəbə aparakən canavarın hücumuna məruz qalıblar. Bu zaman J.Firudinzadə oğlunu qorumaq üçün canavrın önünə atlayıb və canavar 25 yaşlı qadını dişləyərək yaralayıb. Qadın övladının üstünə uzanaraq onu canavardan qoruyub və canavar onun bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Qadının hərəkətsiz uzandığını görən canavar digər məktəblilərə hücum edib. Bu zaman məktəbə gedən, 2007-ci il təvəllüdlü Lalə Əşrəfova və 2004-cü il təvəllüdlü Rafiq Baxşıyev, kənd sakini, 1974-cü il təvəllüdlü Malik Ağayev yırtıcıların hücumuna məruz qalıblar. Analoji hadisə rayonun digər kəndlərində də baş verib.
Belə ki, rayonun Sekaşan kənd sakini, 1993-cü il təvəllüdlü Günəş Şöyüb qızı Şahmuradova və Zingüləş kənd sakini 2009-cu il təvəllüdlü Şənlik Qoşqar oğlu Rəcəbov və 1978-ci il təvəllüdlü Tofiq Qəribxan oğlu Əsgərov canavarın hücumuna məruz qalıb. T.Əsgərov bıçaqla canavarı öldürüb və ağır bədən xəsarətləri alıb.
Astara rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılar əməliyyat edilib, yaraları tikilib və quduzluq əleyhinə vaksinlər vurulub. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ














