Astarada mikroavtobus sürücülərinə qarşı dələduzluq - VİDEO

Astarada mikroavtobus sürücülərinə qarşı dələduzluq edən şəxs saxlanılıb. Araşdırma zamanı, həmin şəxsin daha 2 nəfərlə əlbir olaraq narkotik satışı ilə də məşğul olduğu məlum olub. Avtosfer.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində mikroavtobus sürücülərinin etibarından sui istifadə edərək onların pulunu və mobil telefonlarını mənimsəyən, həmçinin, bir evdən oğurluq edən Röyal Axundov saxlanılıb.
Rayon polisinə müraciət olunub ki, Röyal Axundov Bakı şəhərinə aparmaqdan ötrü sərnişin tapması adı ilə taksi sürücüsünü aldadaraq onun 150 manat pulunu alıb. O, daha bir sürücünü eyni yolla aldadaraq 50 manat pulunu və "Samsung" markalı mobil telefonunu mənimsəyib. Aparılan araşdırmalarla adıçəkilən şəxsin ümumilikdə 6 sürücünün dələduzluq yolu ilə pul və mobil telefonunu mənimsədiyi məlum olub.
Saxlanılan RöyalAxundovun üzərinə keçirilən baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə1.5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun əlbir olduğu daha 2 nəfər saxlanılıb.
Faktla bağlı hər üç şəxs barəsindəcinayət işi başlanılıb istintaq aparılır.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












