Astarada ''Ural'' maşınları ilə toy karvanı - VİDEO

Astarada bəy özünün ''Ural'' yük maşını ilə gəlin gətirib. Rayonun dağ kəndində toy karvanına bəyin dostları 9 ədəd ağırtonnajlı yük maşını ilə qatılıblar. Bu da maraqlı görüntülərin ortaya çıxmasına səbəb olub. Yük maşınları gül-çiçək və rəngbərəng tüllərlə bəzədilib, hətta toyu lentə alan operatorun mindiyi "UAZ" maşınına da bəzək vurulub. Astara rayonunun Tüləgivan kənd sakini Xəzər İsayev özünün sürdüyü və çətin şəraitlərdə istifadə olunan "Ural" yük maşını ilə gəlin gətirmək üçün rayonun Bürzıbənd kəndinə yollanıblar. Bu zaman toy karvanında olan yük maşınları enişli-yoxuşlu, üstəlik palçıqlı yollardan keçib. Oğlan evindən gedənlər də elə bu yük maşınlarında olublar. Yol boyu musiqilər səslənib, səs siqnallarından istifadə olunub. Qeyri-adi toy karvanı ətrafdakıların da diqqətini çəkib.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












