"Aston Martin Red Bull Racing" pilotları Qobustanda - FOTO

Azərbaycan Qran Prisi ərəfəsində Aston Martin Red Bull Racing komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen Qobustan Milli Parkına gedib, kələ-kötür yollarda qeyri-adi yarış keçiriblər. Avtosfer.az "Trend"ə istinadən xəbər verir ki, Maks sükan arxasında və Daniel sərnişin qismində, yerli avtomobil həvəskarları ilə “LADA Niva 4x4” avtomobillərində yarışıblar.
Maks Ferstappen deyib: "Əyləncəli idi! Çoxlu qayalar var idi, amma günümüz yaxşı keçdi. Həddindən artıq qeyri-adidir ki, Qobustanın belə mənzərəsi dənizə bu qədər yaxın yerləşir, bu doğurdan da gözəldir. Sürməyə gəlincə, bəli, biz yerli uşaqlarla eyni maşınlarda bir az yarışdıq. Onlar, əlbəttə ərazini daha yaxşı bilirdilər, amma mən düşünürəm ki, biz daha sürətli idik.”
Maksın sürməsini şərh edərək, sərnişin qismində olan Daniel etiraf edib ki, baxmayaraq ki, o öz partnyorun bacarıqlarına etibar edir, bir neçə əsəbi an var idi:
"Xoşbəxtlikdən, "LADA"nın öhdəsindən əla gəldi. Hər dəfə Maksı yoldan kənara atanda, mən hiss edirdim ki, o idarə etmənin öhdəsindən gələcək, amma şübhəsiz bir neçə "təhlükəli an" var idi."
Maks deyib ki, öz yoldaşını qorxutmaq istəmirdi: "Mən Danieli qorxutmağa çalışmırdım, amma özüm bilirəm ki, sərnişin kimi oturanda həmişə bir az daha da qorxuncdur, çünki sən vəziyyətə nəzarət etmirsən. Amma, düşünürəm hər şey nəzarət altında idi, "macəralarsız".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA














