Ata və azyaşlı qızının ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tofiq Qədirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Qədirov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 23-də səhər saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində baş verib. Həmin ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub.
Qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada ata və azyaşlı qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb.
Sabunçu Rayon Polis İdarəsininin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib və Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub. Onun “VAZ 2107” markalı nəqliyyat vasitəsi evinin həyətindən aşkar edilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












