Atası ilə birgə ömürlük həbs olunan həkim: "Qardaşımın boğazını kəsib öldürdülər" - VİDEO

"Rezonans" proqramında bu dəfə ömürlük həbs cəzası almış Bakı sakini danışıb. Hüseynağa Babayev (cəzası: Ömürlük həbs) - Məhkum: "1972-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olmuşam. Tibb Universitetini bitirmişəm, Stomatologiyanı oxumuşam. 23 il azadlıqda yaşamışam, 23 il də həbsxana şəraitindəyəm. 1995-ci ildə həbs olunmuşam, 1996-cı ildə ölüm cəzası almışam". Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, boğazı kəsilərək öldürülən tələbə qardaşının intiqamını almaq istəyərkən 3 nəfər günahsız adamı öldürərək ömürlük həbs cəzası alıblar. Hüseynağa Babayev (cəzası: Ömürlük həbs) - Məhkum: "Auditoriyaya oğlan daxil olub, bu da müdaxilə edib ki, camaatın qızıdı. Bu dərsdən çıxan kimi yıxıblar yerə, boğazını kəsərək qətlə yetiriblər. Qardaşımı öldürməyə kim başçılıq edibsə, onun üstünə getmişik. Təşkilatçı 1 nəfər idi. Biz ora gedəndə o, yox idi orada. Tanışı ağır yaralandı səhvən. Biz biləndə ki o deyil vurulan, o zaman Novxanıya getmişik. Maşınla gedəndə gördük ki, xidməti maşın gəlir. Oğlanın atası vəzifəli şəxs idi. Dedilər ki, Faiq maşındadır. Mən tini dönəndə oğlanın atasının əlində silah gördüm. Qardaşımın dostları 2 nəfər onların maşınına yaxınlaşdı. Həqiqətən də, atasının əlində silah var imiş. Silahı bunların üstünə çəkəndə, qardaşımın dostları qorxudan atəş açıblar. Maşında bilmirdik ki, ailə var. Nəticədə 3 nəfər təsadüf nəticəsində qətlə yetirilib. Mən sürücü kimi iştirak etmişəm. Ona görə də ən ağır cəza çəkirəm. 4 nəfərə ölüm cəzası verildi. Atama, mənə birdəki digər 2 nəfərə. Atam 2012-ci ildə dünyasını dəyişdi. Qardaşımın cinayətdən xəbəri yox idi, amma 13 il iş verdilər. 2008-ci ildə həbsdən çıxıb, azad həyatını yaşayır. Mən də 23 ildir ki, bağlı divar arxasındayam. Ölüm cəzasının ömürlükdən fərqi odur ki, ölümdə güllələyirlər bitir gedir, amma ömürlük hər gün cəzadır. Bura çox ağır yerdir. Hamı dözə bilmir burada. Mən oraya qardaşımın qanını almağa getmişəm. İndi də istəyərəm ki, dövlətimiz yenidən bu məsələlərə baxardı. Bu hadisələr nəticəsində xeyir işim də geriyə atıldı. Nişanlı idim. Toyumu təyin etmişdik. Toyumun axşamı günü ailəmdə həbslər başladı".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












