Atasını tanışları ilə öldürməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Elməddin Əliyev və onun tanışları Vəlican Dadaşovla Nəcməddin İsmayılovun cinayət işi üzrə məhkəmə davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə prokuror çıxış edib. Prokuror çıxışında V.Dadaşovun 20 il, E.Əliyevin 19 il, N.İsmayılovun isə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə V.Dadaşov 19 il, E.Əliyev 18 il, N.İsmayılov isə 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində baş verib. Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb. Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu E.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar V.Dadaşov və N.İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər. Saxlanılan oğul öz ifadəsində bildirib ki, atasının qətlinə ailəsinin namus və şərəfini qorumaq üçün fərman verib. Onun sözlərinə görə, hərbi xidməti başa vurub evə qayıdarkən qəsəbədə atasının qeyri-ənənəvi seksual oriyentasiyanı təmsil etdiyi barədə söhbətlər eşidib. Ailədəki bu rüsvayçılığı qanla yumaq qərarına gəlib. Atası haqqında bu məlumatları ona V.Dadaşovun yanında N.İsmayılov verib. Bundan sonra V.Dadaşov belə adamın yaşamamalı olmadığı deyib. Qətli V.Dadaşov icra edib. O, əvvəlcə kişinin başına balta ilə vurub, sonra ona bir neçə bıçaq zərbəsi endirib. Cinayətin iştirakçıları meyiti hadisə yerində qoyaraq çıxıb gediblər. Üç saat sonra isə benzinlə qayıdaraq evi yandırıblar. E.Əliyev məhkəmədə verdiyi ifadəsində isə deyib ki, atasını pula görə, tanışı V.Dadaşov öldürüb.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










