Atasının pullarını oğurladı, əyləncə klublarında xərclədi

Ağsu rayonunda atasının pullarını oğurlayıb Bakıda əyləncə klublarına xərcləyən oğul cəzalandırılıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1996-cı il tarixdə Ağsu şəhərində anadan olmuş Kamran Əzizovun (soyad şərti) Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Kamran Əzizov Ağsu şəhəri S.Rzayev küçəsi yerləşən evlərindən 400 ABŞ dolları və 6150 manat pulu oğurlayıb. Həmin pul təqsirləndirilən şəxsin atası Sahibə məxsus olub. Zərərkəmiş avtomobilini sataraq pulu yataq otağında döşəklərin arasında saxlayıb. Sahibin oğlu isə onları oğurlayaraq Bakıya gəlib.
Kamran məhkəmədə ifadəsində deyib ki, oğurladığı pulları Bakıdakı müxtəlif əyləncə klublarında xərcləyib. Əməlindən peşman olduğunu deyən Kamran atası ilə barışdığını da dilə gətirib.
Məhkəmənin hökmü ilə Kamran cinayətin törədilməsində təqsirli bilinib, tutulduğu 2 gün müddət çıxılmaqla ona qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












