Atəşkəs 60 gün uzadılır, Tehran zənginləşdirilmiş uranın miqdarını azaldır - ABŞ-İran danışıqları

ABŞ və İran atəşkəsin 60 gün uzadılması barədə razılığa gəlməyə yaxındırlar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Tehranın nüvə proqramını müzakirə etmək üçün əsas hazırlayırlar.
Nəşrin məlumatına görə, razılaşmalar Hörmüz boğazının mərhələli şəkildə açılmasını və İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsini və ya başqa yerə köçürülməsini əhatə edə bilər.
Buna cavab olaraq, Vaşinqton İran limanlarının blokadasını və sanksiyaları yumşalda, Tehranın xaricdəki aktivlərini tədricən aça bilər.
"Al Hadath" isə bildirib ki, İran, ABŞ ilə dolayı danışıqlar apararkən, uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif edib.
Bundan əlavə, Tehran ölkə daxilində 20%-dən çox zənginləşdirilmiş uran miqdarını azaltmağa hazır olduğunu da bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Katibi Marko Rubio və İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai dövlətlər arasında aparılan danışıqlarda irəliləyiş əldə edildiyini bildiriblər.
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












