ATƏT PA-nın sədri Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub - FOTO

Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransın ikinci günü keçirilib. Avtosfer.az-ın xəbərinə görə, tədbir iştirakçıları Səngəçal terminalında Avropaya çatan Cənub Qaz dəhlizi təməlinin atıldığı yer ilə tanış olublar. Eləcə də qonaqlar terminalın nəzarət-idarəetmə məntəqəsinin iş sistemi, burada gedən texnoloji proseslərlə ilə maraqlanıblar.
Qonaqlar Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında da olublar. Bakı Limanının baş direktoru Taleh Ziyadov konfrans iştirakçılarını limandaki iş prosesi ilə yaxından tanış edərək Azərbaycanın Şərqi Qərblə birləşdirən tarixi İpək Yolunda oynadığı rolu, yeni limanın Ələtdə inşa olunmasının zərurəti, o cümlədən ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr barədə qonaqları məlumatlandırıb.
Sonda qonaqlar üçün Azərbaycan muzeylərinə ziyarət və mədəni proqram da təşkil olunub.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















