Atmosfer havasını çirkləndirən şirkət əməkdaşı cərimələnib - Bakıda

Bakıda atmosfer havasını çirkləndirən ASC-nin cavabdeh şəxsi cərimə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Anaşkin küçəsi 27 ünvanında fəaliyyət göstərən Bakı Fəhləsi Maşınqayırma Törəmə ASC-nin şüşə-boru sexi atmosfer havasını çirkləndirdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, ASC-nin cavabdeh şəxsi İskəndər Əliyev İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Xatırladaq ki, ETSN-nin “Qaynar xətt”inə Anaşkin küçəsi 27 ünvanında tozun və qoxunun olması ilə bağlı daxil olan şikayətlə əlaqədar Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən sözügedən ərazidə monitorinq aparılıb. Monitorinqlərin nəticələrinə görə atmosfer havasında olan tozun, səs-küyün sanitar norma həddini keçdiyi məlum olub. Atmosfer havasından götürülən nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə isə etil-benzolun 10, meta-ksilolun 2,1, orta-ksilolun 1,1 dəfə normadan artıq olduğu müəyyən edilib.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












