Atmosferi çirkləndirən sexlə bağlı ölçü götürüləcək - Bakıda

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri Anaşkin küçəsi, 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən operativ sözügedən ünvanda monitorinq keçirilib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Anaşkin küçəsi, 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub. Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlildədir. Aparılan monitorinqlərin nəticələrinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.
Namiq
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












