"Avro - 5" dizel yanacağının istehsal ediləcəyi tarix açıqlandı - VİDEO

Azərbaycanda yüksək oktanlı yanacaqların istehsalı ilə bağlı tədbirlər həyata keçirilir. Bu çərçivədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma işləri sürətlə davam edir. Görüləcək işlərdən sonra benzin ilə yanaşı, "Avro -5" standartına cavab verən dizel də ölkəmizdə istehsal olunacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov açıqlamasında artıq bu yanacaqların istehsal tarixinin bəlli olduğunu deyib. İndiki mərhələdə Bakı Neft Emalı Zavodundakı layihələndirmə və mühəndislik işləri yekunlaşıb. Hazırda tikinti və icra işləri həyata keçirilir. Yaxın zamanda bitum qurğusu da istifadəyə veriləcək. Hazırda ölkədə yanacağa olan tələbatın 95 %-i SOCAR tərəfindən qarşılanır. Qalan 5 %-lik hissəni isə yüksək oktan ədədli yanacaqlar tutur ki, bu məhsullara da tələb böyük olmadağından idxal edilir. Amma zavodda aparılan yenidənqurma işlərindən sonra yüksək oktan ədədli yanacaqlar da ölkəmizdə istehsal olunacağından idxala ehtiyac qalmayacaq.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA












