Avropa şirkətləri Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Fransanın "Expertise France" və Almaniyanın GIZ şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına fəal şəkildə kömək edir, logistikanın rəqəmsallaşdırılmasına və yüklərin tranzit müddətinin azaldılmasına xüsusi diqqət yetirirlər.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Expertise France" açıqlama yayıb.
Məlumatda deyilir ki, hər iki şirkət Avropa İttifaqının (Aİ) "Global Gateway" təşəbbüsü çərçivəsində marşrutun inkişafını dəstəkləyir.
"Expertise France"ın direktoru Jeremi Pellenin sözlərinə görə, iş iki əsas istiqamətdə aparılır: infrastrukturun maliyyələşdirilməsi və malların tranziti üçün effektiv kommunikasiyaların təmin edilməsi.
"Expertise France" və GIZ layihənin qeyri-maddi hissəsinə, o cümlədən rəqəmsal həllər və logistikanın optimallaşdırılmasına diqqət yetirir", - şirkətin məlumatında qeyd edilib.
Bundan əlavə, Orta Dəhlizin inkişafı Özbəkistan nəqliyyat naziri İlhom Mahkamovun beynəlxalq əməkdaşlıq üzrə Avropa komissarı Yozef Sikela ilə görüşündə də müzakirə olunub. Əsas diqqət Mərkəzi Asiya və Avropa arasında qarşılıqlı ticarət həcminin artırılmasına, həmçinin "Global Gateway" çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlib.
"Expertise France"dan bildirilib ki, Avropa şirkətlərinin logistikanın rəqəmsallaşdırılmasında və tranzit proseslərinin optimallaşdırılmasında iştirakı ticarətin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. Aİ-nin infrastruktura və rəqəmsal texnologiyalara investisiyaları yükdaşımaların müddətini azaltmağa və ticarət həcmini artırmağa kömək edəcək.
Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün "Middle Corridor Multimodal Ltd." birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.
2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 62 % artaraq 4,5 milyon tona çatıb. Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyon tona qədər artacağı gözlənilir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












