Avstriyalı ekstremal idmançı yeni dünya rekordu müəyyən edib

Avstriyalı ekstremal idmançı Mixael Ştrasser yeni dünya rekordu müəyyənləşdirib. Alyaskadan Pataqoniyaya qədər 22 min 642 kilometrlik məsafəni velosipedlə 84 günə qət edən idmançı “Ice2Ice” layihəsini uğurla başa vurub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, vətəni Avstriyada böyük coşqu ilə qarşılanan idmançı bu məsafəni əvvəlki rekordun sahibi şotlandiyalı Dean Skottdan 15 gün tez başa vurub. Amerika qitəsini şimaldan cənubadək velosipedlə qət edən M.Ştrasser yürüş ərzində ümumi hündürlüyü 168 min metr olan yüksəklikləri aşıb. Otuz beş yaşlı idmançı yürüşə Argentinanın cənubunda yerləşən Uşuaya şəhərində yekun vurub. Turun sonuna yaxın ekstremal hava şəraiti, çovğun, əks istiqamətdən əsən güclü külək, yüksəklikdən asılı olaraq isti və soyuq havanın bir-birini əvəzləməsi onu taqətdən salsa da, güclü əzmkarlığı yeni dünya rekordunu müəyyən etməyə imkan verib. Gün ərzində orta hesabla 268 kilometr məsafə qət edən idmançı bu layihə çərçivəsində 35 min avro məbləğində ianə də toplaya bilib. M.Ştrasser bu vəsaiti amiotrofik lateral skleroz (ALS) xəstələrini müalicə edən tibbi mərkəzlərə hədiyyə edəcək.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










