Avtobus dayanacaqlarındakı informativ lövhələrin durumu SUAL YARATDI: Xanalar niyə doldurulmur? - FOTO

Bakı şəhərində bir çox avtobus dayanacaqlarında quraşdırılan məlumat lövhələrində xanaların boş qalması sərnişinlərdə suallar yaradıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a müraciət daxil olub. Bildirilib ki, sözügedən lövhələrdə əslində bu məntəqədə dayanan avtobus marşrutlarının nömrələri qeyd edilməlidir.

Lakin əksər dayanacaqlarda bu məlumatların yerləşdirilməsi üçün nəzərdə tutulan xanalar doldurulmayıb.
"Bu lövhələr informativ məqsəd daşımalıdır. Amma əksər hallarda tamamilə boşdur. Sərnişinlər dayanacaqlarda hansı avtobusların dayanacağını öyrənə bilmir. Bu xanaların doldurulmamasının səbəbi nədir?" - deyə müraciətdə qeyd olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlıq gətirib.
Nəzərə çatdırılıb ki, avtobus dayanacaq nişanlarına dair yeni standartlar müəyyən edilib:
"Sərnişindaşıma sistemi dinamik şəkildə sərnişinlərin tələbatına uyğunlaşdırılır, daim yenilənir və genişlənir. Mütəmadi olaraq optimallaşdırma işləri aparıldığından yeni quraşdırılan nişanlarda marşrut nömrələrinin qeyd olunduğu lövhə yer almayacaq və standarta uyğun olmayan, köhnə nişanlar da əvəzlənəcək. Hər bir dayanacaq üzrə aktual marşrut xətləri haqda daha dolğun və dəqiq məlumatı əldə etmək, avtobusların gəlişini izləmək üçün isə "AYNA MaaS" tətbiqi mövcuddur. Bu tətbiqdə istənilən dəyişikliklər real vaxt rejimində öz əksini tapır".
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












