Avtobus pulunu həm "Bakı kart"la, həm də ... - A, B, C və D planları olmalıdır

“Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin əsas problemlərindən biri də ödəniş imkanlarının məhdud olmasıdır. Ödəniş sistemlərində daha geniş və çevik variantların təqdim olunması vacibdir. Hazırda “BakıKart” sisteminə əsaslanan nəqliyyat ödənişləri müəyyən çərçivədədir. Bu kart vasitəsilə həm adi, həm də şüar tipli biletlərlə ödəniş mümkündür. Eyni zamanda, kartların balansının onlayn doldurulması üçün müxtəlif imkanlar var. Məsələn, “BakıKart” mobil tətbiqi və bir sıra bankların, o cümlədən “BirBank” tətbiqinin funksiyaları ilə balans artırıla bilir”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev “Konkret.az”a açıqlamasında səsləndirib.

“Bununla yanaşı, sərnişinlərin uzun müddətdir gözlədiyi və bir neçə dəfə rəsmi dairələr tərəfindən də vəd edilən bank kartları ilə birbaşa ödəniş hələ də reallaşmayıb”.
Ekspertin fikrincə, bu cür ödəniş formalarının yəni, həm bank kartı ilə fiziki ödənişin, həm də Apple Pay və Google Pay kimi texnoloji həllərin tətbiqi, sərnişinlər üçün rahatlıq yaradacaq və mövcud çətinlikləri aradan qaldıracaq.
“Əgər sərnişin müəyyən səbəbdən “BakıKart”ını doldura bilmirsə, onun qarşısında alternativ variantlar, A, B, C və D planları olmalıdır”.
“Şüar biletlə ödəniş deyiriksə, mümkündür ki, sərnişinin həmin anda internetə çıxışı olmasın. Belə halda bank kartı ilə fiziki ödənişin mümkün olması prosesin dayanmamasını təmin edər”.
Mütəxəssis hesab edir ki, nəqliyyat ödəniş sistemlərində innovativ və alternativ yolların yaradılması, sərnişin məmnuniyyətini artırmaqla yanaşı, nəqliyyat sektorunda rəqəmsallaşmanın inkişafına da töhfə verəcək.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












