Avtobus sürücülərinin planı da qaldırılıb? - AÇIQLAMA

Tarif (qiymət) Şurasının qərarı ilə avqustun 1-dən metro və şəhərdaxili avtobuslarda sərnişin daşınması 1 gediş üçün 30 qəpiyə, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Son dəyişikliklə nağd ödənişlə çalışan avtobus sürücülərinin gündəlik planının da artırıldığı bildirilir. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agenliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, plan hər bir marşrut xətti üzrə fərdi olaraq daşıyıcı tərəfindən müəyyən edilib: “BNA hər zaman plan sisteminin əlehinə olub. Biz hər zaman tərəfdarı olmuşuq ki, plan sistemi ləvğ edilsin və nağdsız ödənişə keçilsin. Son qiymət tənzimlənməsi artıq bu keçidin də sürətlənməsinə imkan verir. Və daşıyıcılar artıq planın artırılması deyil, əksinə bu sistemdən azad olmanın yollarını düşünməlidirlər”. M.Ağayev qeyd edib ki, daşıyıcılar son qiymət tənzimlənməsini sərnişindaşıma fəaliyyətini daha müasir formada qurmaq üçün bir şans olaraq dəyərləndirməli, bu sahəyə daha çox sərmayə cəlb edərək inkişafa nail olmalıdırlar.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












