Avtobusda bank kartı ilə ödəniş mümkün oldu, ƏSAS MƏSƏLƏ YENƏ DƏ QALDI

Təxminən 1 ay əvvəl Bakı metropolitenində bank kartları ilə ödəniş sistemi tətbiq olundu və özünü doğrultdu. Bu üsulun avtobuslarda tətbiqi də gözlənilən idi və artıq realdır.
Avtosfer.az xəbər verir ki, NFC texnologiyasını dəstəkləyən yerli bank kartları vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib.
Bəli, bu sistemin tətbiqi təqdirəlayiqdir. Avtobusdan gündəlik istifadə edən şəxs kimi deyə bilərəm ki, yaşlı nəsil hələ də Bakıkartın balansını artırmağa əziyyət çəkir. Çox adamda hələ də kartla ödəmə vərdişi və mədəniyyəti formalaşmayıb. Bakıətrafı kəndlərdə yaşlı insanlar komfortlu və müasir avtobusa deyil, “qəpiklə işləyən”, Afrikadakı “sotrama”ları (sərnişin daşıyan bərbad vəziyyətli mikroavtobusların fransızdilli Afrika ölkələrindəki ümumi adı – müəl.) xatırladan maşınları gözləyirlər. Buna görə də pensiya kartı ilə ödəniş imkanı çox yaxşı vasitədir.
Lakin 2 məsələ hələ də həllini gözləyir. Birincisi, sistem elə qurulmalıdır ki, xarici kartlar da işləsin və Azərbaycana gələn turistlərin işi asanlaşsın. İnanıram ki, bunu yaxın vaxtlarda görəcəyik.
İkinci, lakin ən vacib məsələ günlük, həftəlik və aylıq biletlərin təşkilidir. Bank kartı, ya da telefonla ödəniş aylıq bilet funksiyasına imkan vermir.
Ödəmə sistemlərinin çoxaldılması yaxşı hal olsa da, birdəfəlik ödəmələrdə israr etmək çox da yaxşı hal deyil. Avropa təcrübəsindən də görürük ki, bank kartları turistlərin və ictimai nəqliyyatdan təsadüfən istifadə edən şəxslərin işini asanlaşdırmaq üçün vasitədir. Bu vasitədən əsas istifadəçi kontingentinin gündəlik istifadəsi nəzərdə tutulmayıb. Nəqliyyatdan gündəlik istifadə edənlər üçün mütləq xüsusi kartlar olmalıdır. Günlük, həftəlik və aylıq biletlər müasir şəhərin siması və olmazsa olmazıdır. Həll edilməli əsas məsələ məhz budur.
Vüqar
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












