Avtobusda cibgirliklə məşğul olan "ağsaqqallar" yaxalandı – FOTO

Bakıda ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirliklə məşğul olan, insanların pulunu, mobil telefonunu, eləcə də qiymətli əşyalarını oğurlayan paytaxt sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Elnur Qurbanov və Elçin Əliyev Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı hər iki şəxsin əsasən 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olduqları müəyyən edilib. Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə də iştiraklarının istisna etmirlər. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Namiq
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO














