Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…

Xankəndi və Naxçıvanda marşrutlar “brutto müqavilə” modelinə keçirilib. Bu sistemə əsasən, daşıyıcılara qət etdikləri məsafə və göstərdikləri xidmətin keyfiyyətinə uyğun ödəniş ediləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, tətbiq olunan mexanizm sərnişindaşıma xidmətinə daha sistemli nəzarət imkanları da yaradacaq.
Yaxın gələcəkdə bu sistem Bakıda və digər bölgələrdə də tətbiq ediləcəkmi? Belə bir ödəniş sisteminin vətəndaşa nə kimi faydası olacaq?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakıda artıq bir neçə marşrut bu sistemə cəlb olunduğunu bildirib.
“Mərhələli şəkildə bütün marşrutların da “brutto müqavilə” sisteminə keçirilməsi hədəflənir. Bu, daşıyıcıların maliyyə dayanıqlığını təmin etməklə yanaşı, dövlət nəzarətinin də gücləndirilməsinə imkan verəcək. Bu baxımdan, xidmət keyfiyyətinin artırılması istiqamətində atılmış mühüm addımdır. Bu mexanizmlər vasitəsilə avtobusların gecə saatlarına qədər fəaliyyət göstərməsi təmin edilə, eyni zamanda rentabelli olmayan istiqamətlərin daha dayanıqlı fəaliyyəti də dəstəklənə bilər”, - deyə o qeyd edib.
Ekspert vurğuıayib ki, bu, ictimai nəqliyyatda maliyyə dayanıqlığının təmin edilməsi baxımından mühüm keçid mərhələsidir:
“Yaxın illərdə həm regionlarda, həm də paytaxtda dayanıqlı sərnişindaşımanın təmin olunması istiqamətində institusional addımdır. Avtobus parkının yenilənməsi də vacibdir. Lakin mövcud nəqliyyat şəbəkəsinin və resursların daha səmərəli istifadəsi, xidmətlərin dayanıqlı şəkildə təşkil olunması üçün dünyada tətbiq edilən bu cür mexanizmlərin Azərbaycanda tətbiqi də mühüm əhəmiyyət daşıyır”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO












