Avtobusda ölən 21 nəfərə görə iki nazir istefa verdi

İordaniyanın Ölü dəniz rayonunda baş verən daşqınlar nəticəsində əksəriyyəti 14 yaşınadək şagirdlərin olduğu 21 nəfərin ölümünə görə ölkənin təhsil və turuzm nazirləri istefa veriblər. Avtosfer.az xəbər verir ki, faciə ilə bağlı araşdırma aparmaq üçün İordaniya parlamentində yaradılan komitə bəzi nazirliklər tərəfindən səhlənkarlığa yol verildiyini üzə çıxarıb. Bu da öz növbəsində oxşar fövqəladə vəziyyətlərdə hökumət qurumlarının hazırlıq səviyyəsini sual altına qoyub. Bununla əlaqədar olaraq, İordaniyanın təhsil naziri Əzmi Mahafza və turizm naziri Lina Ənnəb ərizə yazaraq vəzifələrindən istefa veriblər. Xatırladaq ki, ötən həftə Ölü dənizin sahili ilə içərisində 37 şagird və 7 müəllimin olduğu məktəb ekskursiyasına çıxan avtobusu sel aparıb. Nəticədə avtobusdakı 21 nəfər həlak olub. Rəsmi məlumata görə, əvvəlcədən təsdiq olunan marşruta baxmayaraq, ekskursiya təşkilatçıları yolu dəyişib və bununla da avtobus təbii fəlakətin ağuşuna düşüb. İordaniya kralı Abdulla hadisəni böyük faciə adlandıraraq müstəqil araşdırma komitəsinin yaradılmasına göstəriş verib. Faciə ilə əlaqədar ölkədə matəm elan olunub.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA











