Avtobusda yer üstündə davalar niyə yaranır? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO

Sərnişin sıxlığının artdığı saatlarda Bakı metrosunda maraqlı mənzərələr yaşanır. Xüsusilə oturacaq uğrunda aparılan səssiz "yarış" sosial şəbəkələrdə də tez-tez müzakirə olunur. Bəziləri boşalan oturacaq üçün dəhlizdə ayaq üstə gözləyərək fürsət gözləyir, digərləri isə fiziki olaraq daha çevik davranıb dərhal əyləşməyə çalışır. Bu zaman bəzən yaşlı, xəstə və ya uşaqlı sərnişinlər nəzərə alınmır və bu da narazılıq doğurur.
Bütün bunlar ictimai nəqliyyatda həm mədəni davranış qaydalarını, həm də sosial empatiyanı sual altına alır. Nİyə insanlar ictimai nəqliyyatda yerüstündə dalaşır?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda yaşanan sıxlıq, əsasən tələbatla təklif arasında uyğunsuzluqdan qaynaqlanır:

“İnsanlar rahat şəkildə mənzil başına çatmaq istəsələr də, istər metroda, istər avtobuslarda bu mümkün olmur. Çünki mövcud nəqliyyat vasitələrinin sayı bəzi marşrutlar üzrə kifayət etmir. Bu isə ciddi menecment problemi olduğunu göstərir.
İllərlə həllini tapmayan bu məsələlər, ictimai nəqliyyatda həm fiziki, həm də sosial narahatlıqlar yaradır. Nəticədə, sərnişinlər arasında qarşıdurmalar baş verir, xüsusilə yaşlılarla gənclər arasında oturacaq üstündə mübahisələr müşahidə olunur. Bu isə həm əxlaqi dəyərlərə, həm də cəmiyyətin hörmət anlayışına ziddir”.
Sosioloq əlavə edib ki, bu səbəbdən də nəqliyyat sahəsində təcili olaraq istifadəçi sayına uyğun təklifin artırılması vacibdir:

“Tələbata uyğun planlaşdırılmış ictimai nəqliyyat sistemi nəsillərarası anlaşılmazlıqları da azalda bilər”.
Psixoloq Aygül Məlikovanın fikrincə isə, ictimai nəqliyyatda yaşanan narahatlıqlar təkcə texniki və logistika ilə bağlı deyil, eyni zamanda cəmiyyətdə formalaşan davranış modelləri ilə də sıx bağlıdır:

“Etik qaydalar ilk növbədə ailədə formalaşır, daha sonra isə sosial mühitdə tamamlanır. Amma son illərdə sosial təzyiqlərin artması, maddi ehtiyacların və gündəlik stressin çoxalması cəmiyyətin bir hissəsini daha da aqressiv hala gətirib.
Son günlərdə metroda, avtobusda və digər ictimai nəqliyyat vasitələrində müşahidə olunan sıxlıq fonunda insanların davranışlarında gərginlik və dözümsüzlük açıq şəkildə hiss olunur. Kütləvi şəkildə sərnişin axınının artması insanların şəxsi məkan anlayışını daraldır, bu isə birbaşa olaraq emosional reaksiyalara səbəb olur. Nəticədə, nəzakət və etik davranış prinsipləri arxa planda qalır.

Bəzi insanlar artıq belə düşünür: "Əgər mənə hörmət göstərilmirsə, mən niyə kiməsə hörmət etməliyəm?" Bu yanaşma isə ictimai münasibətlərdə zəncirvari şəkildə hörmətsizliyin yayılmasına səbəb olur. Yəni problem tək bir nəfərin davranışı ilə bitmir, bir-birini təkrarlayan hallar cəmiyyətdə qarşılıqlı etimadsızlıq yaradır”.
Psixoloq son olaraq bildirib ki, bu tendensiya göstərir ki, ictimai nəqliyyatda nəzakət məsələsi yalnız qayda və qanunlarla deyil, eyni zamanda sosial maarifləndirmə ilə də gücləndirilməlidir:
“Axı, nəzakət sadəcə nəqliyyatda yer verməklə yox, gündəlik həyatda bir-birimizə münasibətimizlə ölçülür”.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












