Avtobusdan 1 milyon saxta aksiz marka müsadirə edildi - FOTO

Gömrük əməkdaşları külli miqdarda saxta aksiz markasının Azərbaycan gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Məlumatya görə, DGK-nın Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn "Mercedes-Benz" markalı, 34UG2028 nömrə nişanlı sərnişin avtobusunun sürücü köməkçisi ölkə vətəndaşı Səbuhi Ramiz oğlu İsmayılov gömrük nəzarətinə "sellofan rulon" adı altında 4 ədəd çanta bəyan edib. Həmin çantalar müvəqqəti saxlanc üçün müvafiq qaydada "Sınıq Körpü" gömrük postunun anbarına təhvil verilib. Lakin sonradan daxil olan məlumat əsasında, çantalara hal şahidlərinin və çantalara gömrük nəzarətinə təqdim edən vətəndaşın iştirakı ilə baxış keçirilib.
Nəticədə, hər bir çantada 50 rulon olmaqla, cəmi 200 rulon, hər bir rulonda isə 5 min ədəd olmaqla, cəmi 1 milyon ədəd - üzərində "Azərbaycan Respublikası", "Daxili istehsal", "Alkoqollu içkilər" sözləri yazılmış aksiz markaları aşkar edilib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aşkar edilən aksiz markalarının saxta olduğunu müəyyən edib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO














