Avtobusdan 10 min ədəd siqaret aşkar edildi - FOTO

Gömrükçülər külli miqdarda siqaretin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısını alıblar. DGK-dən Avtosfer.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Daewoo" markalı avtobus saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı, xidməti it avtobusun sürücü oturacağının ətrafına və mühərrik hissəsinə reaksiya verib. Bu səbəbdən avtobus təkrar yoxlanılıb. Nəticədə, sürücü oturacağının sol tərəfində olan elektrik qoruyucuları lövhəsinin altında gömrük nəzarətindən gizlədilmiş 1600 ədəd "Manchester", avtobusun salonunda olan havalandırma sistemindəki boşluqlarda isə 4000 ədəd "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib. Daha sonra avtobusun mühərrik hissəsi yoxlanılarkən, burada da gömrük nəzarətindən gizlədilmiş 3600 ədəd "Kent Nanotek 2.0", avtobusun sağ hissəsində olan iki ədəd akkumulyatorun ətrafındakı boşluqlarda isə 600 ədəd "Forman" və 200 ədəd "Senator" markalı siqaretlər aşkar olunub. Ümumilikdə, avtobusda 10 000 ədəd siqaret aşkara çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Namiq
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO















