Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...

Azərbaycanda ictimai nəqliyyatda güzəştlərlə bağlı mövzu son illər ən çox müzakirə olunan sosial məsələlərdən birinə çevrilib.
Avtosfer.az BAKU.WS-ə istinadən xəbər verir ki, xüsusilə pensiyaçılar, tələbələr və həssas kateqoriyadan olan vətəndaşlar üçün mövcud güzəştlərin genişləndirilməsi barədə ictimai gözləntilər artır.
Bu sahədə yeniliklərin tətbiqi həm vətəndaşların gündəlik xərclərinə təsir edir, həm də ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Dünyanın bir çox ölkəsində müxtəlif yaş qrupları və sosial statusları təşviq edən proqramlar çərçivəsində genişmiqyaslı güzəştlər tətbiq olunur. Azərbaycan da bu təcrübələri nəzərdən keçirərək daha səmərəli və ədalətli model formalaşdırmağa çalışır.
Bəs avtobuslarda güzəştlər nə vaxtdan tətbiq oluna bilər?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanda bütün avtobuslar nağsız ödənişə keçdikdən sonra güzəştlərin tətbiqi reallaşacaq:
"Gələn il yanvarın 1-dən "Brutto" müqalivəsinə keçid reallaşacaq. Bu müqavilə həmin güzəştləri tətbiq etmək üçün bir alətdir. Sistem işə düşəndən sonra günlük, həftəlik, aylıq və illik bilet paketləri təklif olunacaq. Eyni zamanda tələbələr, pensiya alan şəxslər, müharibə veteranları müəyyən güzəştlərdən istifadə etmək imkanı qazanacaqlar.
Uzaq məsafədən (Pirallahı, Bilgəh və Sumqayıt kimi məsafələrdən) gələn şəxslər 90 dəqiqə ərzində bir ödəniş edəcəklər. Həmin müddətdə digər növdən pulsuz istifadə edəcəklər. Bununla da vətəndaşlar öz bücələrinə qənaət etmiş olacaqlar.
Bunun üçün nağd ödənişlə işləyən avtobusların xəttdən çıxarılması, müasir avtobuslarla əvəzlənməsi və bütün sistemin nağdsız olması şərtdir. Yəni bunu edəndən sonra güzəştlər tətbiq ediləcək. Növbəti iki il ərzində bu sistemin tətbiq edilməsi nəzərdə tutulub".
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












