Avtobuslar üçün xüsusi hərəkət zolağı olacaq - Babək prospektində

"Bakıda avtobuslar üçün xüsusi hərəkət zolağının təşkili üçün 9 ünvan müəyyən edilib ki, bunlardan ikisində Yusif Səfərov və Məhəmməd Füzuli küçəsində artıq bu zolaqlar təşkil olunub".
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, Babək prospektində təmir başa çatandan sonra həmin ərazidə də avtobuslar üçün xüsusi hərəkət zolağının olması planlaşdırılır.
“Daha sonra Nobel, Gəncə, Xocalı prospektləri boyunca, Mikayil Üseynov küçəsi, yəni Bayraq meydanın qarşısından keçən yolda həmin zolağın olması düşünülür. Bundan başqa, xüsusi hərəkət zolağının çəkilməsi nəzərdə tutulan yollar təmir olunduqdan sonra avtobusların hərəkəti üçün zolaqlar həmin yollarda da təşkil olunacaq”, - deyə M.Ağayev əlavə edib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












