Avtobuslarda cibgirliklə məşğul olan şəxs tutuldu - Gəncədə

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb. Bu barədə Avtosfer.az-a DİN-dən məlumat verilib. Belə ki, Gəncə şəhər sakinləri Ş.Cəfərov, S.Nəbiyeva və Y.Cabbarov şəhər ərazisindəki xətt avtobuslarında ciblərindən müvafiq olaraq 90 manat, mobil telefon və 44 manat pullarının oğurlandığı barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət ediblər. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Cabbarov olduğu məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka müddətinə həbs olunub.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












