Avtobuslarda gedişhaqqı dəyişə bilər: 17 qəpik… — DİQQƏT

Bakıda bir elektrik avtobusu və onun şarj aparatının “Baku Bus” MMC-yə 544 min manata başa gəlməsi ictimai müzakirələr yaradıb. Bəzi vətəndaşlar bu qədər bahalı nəqliyyat vasitəsinə ehtiyac olmadığını bildirir, digərləri isə gedişhaqqına təsir göstərə biləcəyindən narahatdır.
Bu hal əlavə xərclər və artıma yol aça bilərmi?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, elektrik avtobusu və onun şarj aparatının 544 min manata başa gəlməsi həmin qurumun büdcəsi üçün böyük rəqəmdir:
“Lakin bahalı nəqliyyat vasitəsinə ehtiyac olmadığı barədə iddialar əsassızdır. Çünki elektrik avtobusları həm iqtisadi, həm də ekoloji baxımdan səmərəli hesab olunur. Eyni zamanda elektrik avtobuslarının istifadəsi şəhərdə hava çirkliliyinin azalmasına və səs-küyün minimuma endirilməsinə də töhfə verir. Bu isə əhalinin sağlamlığı və şəhərin ekoloji vəziyyəti üçün mühüm əhəmiyyət daşıyır. Uzunmüddətli perspektivdə belə investisiyalar nəqliyyat infrastrukturunun modernləşməsinə və qənaətcil enerji istifadəsinə xidmət edir”.
Ekspert qeyd edib ki, yaxın vaxtlarda gedişhaqqının artırılması gözlənilmir:
“Amma elektrik avtobuslarının sayı artdığı halda bu mövzu gündəmə gələ bilər. Belə olan halda ya gedişhaqqı artırılmalı, ya da subsidiya hesabına mövcud tariflər qorunmalıdır. Xərclərin amortizasiyası üçün gedişhaqqının minimum 15-17 qəpik olması vacibdir. Bundan əlavə, elektrik avtobuslarının illik təmir xərcləri və sürücülərin təlimi də əlavə vəsait tələb edir. Buna görə də ya büdcədən əlavə maliyyələşmə olmalı, ya da ödəniş artırılmalıdır”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












