Avtobuslarda gedişhaqqı ucuzlaşa bilərmi? - SƏBƏB

2030-cu ilədək paytaxt Bakıda bütün ictimai nəqliyyat vasitələrinin mərhələli şəkildə elektrik mühərrikli analoqlarla əvəzlənməsi planlaşdırılır. Bu addımın əsas məqsədi ətraf mühitə zərərli tullantıların azaldılması və daha dayanıqlı nəqliyyat sisteminin qurulmasıdır. Lakin cəmiyyətdə bu dəyişikliklərin gedişhaqqına təsiri ilə bağlı suallar da aktuallaşıb.
Maraqlıdır, yanacaq xərclərinin aradan qalxması gedişhaqqının ucuzlaşması üçün iqtisadi əsas yaradırmı?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ictimai nəqliyyatın tam elektrikləşdirilməsi qısa müddətdə baş verəcək proses deyil:
“Bu çox uzun proses olacaq. Bunu dərhal həyata keçirmək mümkün deyil, yəqin ki, illər alacaq. Elektrik nəqliyyat vasitələrinin yanacaq xərci olmasa da, onların texniki xidmət, ehtiyat hissələri və digər xərcləri mövcuddur. Həmçinin bu nəqliyyat vasitələrinin elektrik enerjisi ilə şarj olunması da əlavə xərc yaradır”.
İqtisadçının sözlərinə görə, bu keçid gedişhaqqının ucuzlaşması üçün ciddi iqtisadi əsas yaratmaya bilər:
“Düşünmürəm ki, elektrik nəqliyyatına keçid qiymətlərin azalmasına səbəb olsun. Lakin ekoloji baxımdan bu addım Bakının havasının çirklənməsinin azalmasında mühüm rol oynaya bilər”./konkret.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












