Avtobuslarda itirilmiş əşyalar sahibini tapdı – FOTO

Noyabr ayında “Bakubus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd mobil telefon, 5 ədəd çanta, 2 ədəd pulqabı, 1 nəfərə məxsus tələbə bileti, 1 ədəd içərisində sənədlər olan qovluq və 1 dəst kostyum sahibinə təhvil verilib. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Eyni zamanda, sahiblərinə çatdırılması üçün 15 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 12 sənəd isə “Poçtap” xidmətinə təhvil verilib. Avtobuslarda tapılan Elşad Fərhad oğlu Fikrətli, Mədinə Abbas qızı Nəcəfova, Səyyarə Cəlil qızı Qəhrəmanovaya məxsus şəxsiyyət vəsiqələri, Əminə Hacı qızı Mirzəyevaya məxsus şəxsiyyət vəsiqəsi və məcburi köçkün vəsiqəsi, Loğman Əsəd oğlu Əliyevə məxsus müharibə veteranı vəsiqəsi, Günay Yaqub qızı Babayevaya məxsus tələbə bileti, Azad Rzayevə məxsus oxucu kartı, Vüsal Əhmədov, Pərviz Nəcəfli, Zamiq Əhmədzadə, Zamiq Əhədzadə və Tamara Xalturinaya məxsus bank kartları, Rəşad Qasımova məxsus iş kartı, Gülşən Ramiz qızı Ağayevaya məxsus dövlət sosial sığorta şəhadətnaməsi, Rəvan Ramiz oğlu Balayev tərəfindən Hamiz Miralı oğlu Xancarova verilmiş etibarnamə “BakuBus” MMC-dədir. İçərisində Mahir Abdulla oğlu Kintayev, Novruz Pənahov, Türkan Fikrət qızı Məmmədova və İlqar Vəliyevlə Aybəniz Vəliyevaya məxsus sənədlər olan pulqabılar və içərisində Əfsanə İsmayılxan qızı Hüseynovaya məxsus sənədlər olan çanta, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər. Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.


Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












