Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO

“Avtovağzal” metro stansiyası yaxınlığında avtobusların hərəkətini sürətləndirmək və Bakı-Sumqayıt yoluna daha rahat çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil olunub.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən tətbiq olunan yeni həll nəticəsində avtobusların hərəkət trayektoriyası əhəmiyyətli dərəcədə qısaldılıb.
Belə ki, əvvəllər avtobuslar təxminən 1,1 kilometr uzunluğunda trayektoriya ilə hərəkət edirdisə, yeni zolağın təşkili ilə bu məsafə 100 metrə endirilib.
Nəticədə avtobusların hərəkət sürətinin artırılması və yolda yaranan vaxt itkisinin azaldılması nəzərdə tutulur.
Qeyd edək ki, “Avtovağzal” metro stansiyasına girişin ödənişsiz olması ilə əlaqədar sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə həmin əraziyə 16 müxtəlif avtobus marşrutu yönləndirilib. Bunlar 500, 503, 508, 119, 135, 142, 525A, 525B, 114A, 5, 159, 170 və 83A nömrəli marşrutlardır.
Eltac
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












