Avtobusların fəaliyyəti sərnişinlərin tələbatına uyğun tənzimlənəcək - Bayram günlərində

Bakı Nəqliyyat Agentliyi (BNA) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tətil günlərində müntəzəm marşrut xətlərinin fəaliyyətini tənzimləmək məqsədi ilə iş qrafiki hazırlayıb. Bu barədə Avtosfer.az-a qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, adi günlərlə müqayisədə bayram günlərində şəhər əhalisinin əksəriyyəti rayonlara üz tutduğundan sərnişin tələbatı az olur: “Eyni zamanda bildirmək istərdim ki, dekabrın 31-dən 1-nə keçən gecə paytaxtın inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin tələbatına uyğun tənzimlənəcək. Bununla bağlı daşıyıcılara tapşırıqlar verilib. Həmçinin tapşırılıb ki, sərnişin axını çox olacağı təqdirdə, xətlərə əlavə nəqliyyat vasitələri çıxarılsın”.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










