Avtobusun evakuatorla toqquşması nəticəsində yaralanan jurnalistin səhhəti stabildir

Bakıda sərnişin avtobusunun evakuatorla toqquşması nəticəsində xəsarət alan jurnalist Zakirə Zakirqızının vəziyyəti stabilləşib. Avtosfer.az xəbər verir ki, Trend-ə jurnalistin yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan Z.Zakirqızı mərkəzin neyrocərrahiyyə şöbəsinə yerləşdirilib: "Hazırda vəziyyəti stabilləşib, həyatı təhlükəsi yoxdur. Xəstənin müalicəsi davam etdirilir". Xatırladaq ki, oktyabrın 31-də axşam saatlarında paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının qarşısında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub. Hadisə nəticəsində marşrut avtobusunda olan sərnişinlərdən bir neçəsi müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlardan biri, "Xəzər" televiziyasının əməkdaşı Zakirə Zakirqızı1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












