"Avtobusun vurduğu qadın üç ildir süpürgəçi işləmir"

Bu gün səhər saatlarında Nizami rayonunda vurularaq öldürülən piyadanın süpürgəçi olmadığı müəyyən olunub. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qəza nəticəsində vəfat edən piyada Bəsti Eyvazova süpürgəçi deyil: “Həmin qadın 2015-ci ilədək Nizami Rayon Mənzil Təsərrüfatı Birliyində xadimə işləyib. Bir müddət əvvəl həmin işdən ayrılıb və ondan sonra heç bir yerdə işləməyib. Bu gün isə sərnişin avtobusundan düşüb yolu keçərkən onu avtobus vurub”. Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyev prospektində Murğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrəli avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Qadın hadisə yerində vəfat edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












