Avtomobil almaq istəyənlərin nəzərinə! DİQQƏTLİ OLUN - VİDEO

1 milyon kilometrə yaxın yürüşlə satışa çıxarılan avtomobil 10 gün sonra iki dəfə az 400 min kilometr yürüşlə təkrar elan saytına yerləşdirilir. Avtosfer.az xəbər verir ki, başqa bir avtomobil də eyni qaydada ilkin olaraq yarım milyona yaxın kilomtr yürüşlə satışa qoyulduğu halda iki həftədən də az müddətdən sonra yürüş məsafəsi dəyişdirilərək 320 min kilometr edilir. Avtomobillərin yürüş məsafəsi azaldılıqdan sonra isə qiymətləri təxminən min manat da qaldırılır.Əvvəlki elanı görməyən alıcı isə bundan xəbərsiz olduğundan saxta yürüş məsafəsi ilə həmin avtomobili alır. Elan saytlarında son zamanlar bu tipli elanlara tez tez rast gəlmək mümkündür. Əksər alıcı seçdiyi avtomobili əvvəlki tarixlərdə axtarsa dəyişdirilən yürüş məsafəsinin şahidi ola bilər. Satıcılar isə eyni avtomobilin fərqli yürüş məsafəsi ilə satışa çıxarılmasını müxtəlif bəhanələrlə izah edir. Bənzər hadisə paytaxt skaini Sərxan Qədirovun da başına gəlib. 210 min kilometr yürüşlə satdığı avtomobilini bir gün sonra 3 dəfə də az 70 min yürüşlə təkrar satışda görüb. Bu hadisədən sonra Sərxan Qədirov avtomobilin 3-cü sahibini xəbərdar etmək üçün əvvəlki elanı da taparaq sosial şəbəkələrdə paylaşıb.Və bu elanlardan sonra aldadılan avtomobilin alıcısı Sərxanı tapır. Servisdən alınan rəsmi sənəddən sonra aldadılan alıcı avtomobbili qaytara bilir. Avtomobilin yürüş məsafəsini dəyişdirmək isə ölkə qanunvericiliyinə zidddir. İstehlakçıları aldadan şəxslər cinayət məcəlləsinin 178 maddəsinə əsasən 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










