Avtomobil alverçiləri süni intellektlə dələduzluq edir - DİQQƏTLİ OLUN!

Əvvəla bu xəbəri niyə yazdığımı əsaslandırmaq istərdim: Şəxsi təcrübəmizdən görmüşük ki, qonşu ölkələrdə ortaya çıxan dələduzluq modeli bir müddət sonra bizə də gəlib çatır.
Avtosfer.az xəbər verir ki, Rusiya polisi avtomobil dəllallarının daha bir fırıldağı ilə bağlı xəbərdarlıq edib. Peterburq polisindən bildirilib ki, dələduzlar süni intellektin köməyi ilə mövcud olmayan maşının fotolarını çəkir, sənədlərini hazırlayırlar. Elan saytında yerləşdirilmiş avtomobillə maraqlanan şəxsə maşının yenə də süni intellekt vasitəsilə çox yüksək oxşarlıqla hazırlanmış sənədləri “tanışlıq üçün” göndərilir. İnandırılaraq tora düşən şəxsdən beh alındıqdan sonra elan saytdan silinir, nömrəyə isə zəng çatmır.
Beh mərhələsi Azərbaycanda da çoxlarına tanışdır. Bu cür dələduzlardan qorunmağın saan yolu avtomobillə bağlı heç bir halda beh verməməkdir. Alverçinin “əldən çıxarılacaq maşın deyil”, “çörəkli maşındır” kimi klişelərinə aldananlar, xoş və boş vədə inanıb sənədləşməni sonraya saxlayanlar, “bu gün nəyin bahasına olursa-olsun maşın almalıyam” deyənlər dələduzlar üçün əsl yemdir. Tələsgənlik hələ ki, heç kimə fayda verməyib.
Vüqar
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












