Avtomobil alyansının sabiq rəhbəri yenidən həbs edilib

Tokio prokurorluğunun xüsusi təhqiqat qrupu dekabrın 21-də “Renault”–“Nissan”–“Mitsubishi” avtomobil alyansının sabiq rəhbəri Karlos Qonu yenidən həbs edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə qərar onun “Nissan” şirkəti ilə münasibətlərdə hüquqi öhdəlikləri pozmasına görə qəbul edilib.
Telekanalın məlumatına görə, söhbət Karlos Qonun rəhbər kimi şəxsi maliyyə əməliyyatları zamanı dəyən zərəri şirkətin adına yazmasından gedir ki, bunun da təqribən 1,8 milyard yen (16 milyon dollar) təşkil etdiyi deyilir. Prokurorluğun bu addımı “Nissan”ın Direktorlar Şurasının sabiq sədrini və onun köməkçisi Qreq Kellini azad etmək istəmədiyinə görə atdığı bildirilir.
Dekabrın 20-də Tokio dairə məhkəməsi prokurorluğun K.Qonun və Q.Kellinin həbsinin daha 10 gün uzadılması barədə xahişini rədd etmişdi. Yaponiya məhkəmə orqanları çox təsadüfi hallarda istintaqın belə xahişini qəbul etmir.
Xatırladaq ki, “Nissan” şirkətinin iki sabiq rəhbəri noyabrın 19-dan həbs olunublar. Onların 2014-cü maliyyə ilinədək beş il müddətində şirkətin maliyyə hesabatlarında K.Qonun mükafatlandırıldığı məbləğləri gizlətməkdə ittiham edildiyi bildirilir.
Tokio dairə prokurorluğunun xüsusi təhqiqatçılar qrupu dekabrın 10-da K.Qona və Q.Kelliyə qarşı maliyyə alətləri və fond birjaları haqqında qanunu pozmaları ilə əlaqədar daha bir ittiham irəli sürüb.
Həmin gün prokurorluq K.Qonun və Q.Kellinin yenidən həbsi barədə order verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar 2017-ci ilə qədər olan üç illik dövrdə də K.Qona verilən mükafatların məbləğini gizlədiblər.
K.Qon və Q.Kelli özlərini günahkar hesab etmirlər.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










