Avtomobil benzini istehsalı 4% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalısahəsində istehsalın ümumi dəyəri 2 408,3 mln. manat olub. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5% çoxdur.
İlin 9 ayı ərzində ölkədə 906,3 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 3,7% çoxdur. Bu il oktyabrın 1-i tarixinə ölkədə 36,2 min ton avtomobil benzini ehtiyatı olub.
Yanvar-sentyabr ayları ərzində neft məhsullarından yalnız yanacaq mazutunun istehsalı azalıb, digər məhsulların istehsalında isə artım qeydə alınıb. Belə ki, doqquz ay ərzində 61,2 min ton yanacaq mazutu istehsal edilib ki, bu məhsulun istehsalında 76,3% azalma olub.
Digər neft məhsullarına gəlincə, hesabat dövründə 1 517,9 min ton dizel yanacağı, 169,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 469,1 min ton ağ neft, 108,5 min ton sürtkü yağları, 219,2 min ton neft bitumu, 195,9 min ton neft koksu istehsal edilib.
Dizel yanacağının istehsalı 11,4%, neft-kimya sənayesində istifadə üçün benzin istrehsalı 29,4%, ağ neftin istehsalı 5,3%, sürtkü yağlarının istehsalı 4,5 dəfə, neft bitumunun istehsalı 38,1%, neft koksunun istehsalı isə 28,5% artıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












