Avtomobil benzini və dizel yanacağının istehsalı artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 979,2 mln. manat olub. Avtosfer.az-ın DSK-ya istinadən verdiyi xəbərə görə, bu isə ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3% çoxdur. Hesabat dövründə ölkədə 414,4 min ton avtomobil benzini istehsal edilib. Bu isə illik müqayisədə 0,1% çoxdur. İlin dörd ayında Azərbaycanda 73,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 667,8 min ton dizel yanacağı, 14 min ton sürtkü yağları, 85,1 min ton neft bitumu, 88,1 min ton neft koksu istehsal olunub. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 6,8%, dizel yanacağının istehsalı 6,8%, sürtkü yağlarının istehsalı 91,8%, neft bitumunun istehsalı 2,1 dəfə, neft koksunun istehsalı isə 45,9% artıb. Yanvar-aprel ayları ərzində Azərbaycanda 191,6 min ton ağ neft, 23,5 min ton yanacaq mazutu isrtehsal olunub ki, ağ neftin istehsalında 4,1%, yanacaq mazutunun istehsalında 89,8% azalma qeydə alınıb.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












