Avtomobil ehtiyat hissələrinin virtual anbarı yaradılacaq - VİDEO

Azərbaycanda avtomobil ehtiyat hissələrinin virtual anbarı yaradılacaq. Bu anbar zərərin birbaşa tənzimlənməsi qaydalarının tərkib hissəsi kimi fəaliyyət göstərəcək. Virtual bazanı hazırlayan şirkətin rəsmisi Zakir Kərimzadə deyir ki, hazırda ehtiyat hissələri bazarının araşdırılması davam edir. Zakir Kərimzadə bildirib ki, virtual anbar ehtiyat hissələrinin satışı üçün nəzərdə tutulmayıb. Sadəcə olaraq, yaxın vaxtlarda zərərin birbaşa tənzimlənməsi qaydaları tətbiq ediləcəyindən, avtomobilə dəymiş ziyanın hesablanması zamanı məhz bu anbardakı ehtiyat hissələrinin qiymətlərinə istinad ediləcək. Qaydalarda həm təmir, həm də sığorta şirkətlərinin məhz bu bazaya istinad etmələri tələb kimi qoyulacaq. Zakir Kərimzadənin sözlərinə görə, bu bazanın mövcudluğu ilə sürücülərlə təmir sexləri və ya sığorta şirkətləri arasında ehtiyat hissələrinin qiymət mübahisələrinə son qoyulacaq. Virtual bazada milyonlarla ehtiyat hissəsinin qiyməti mövcud olacaq. Virtual bazanın sayəsində avtomobilə dəyən ziyanın qiymətləndirməsi dəqiqləşməklə yanaşı, burada lazımi ehtiyat hissəsinin harada satıldığı da göstəriləcək.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










