Avtomobil Federasiyası drift məktəbinə qəbul elan edir

Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən yaradılan drift məktəbinə qəbul elan olunur. AAF-dan Avtosfer.az-a verilən məlumata görə, drift məktəbində təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçəcək. Ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparacaq. Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır. Qeydiyyatdan keçmək istəyən şəxslər oktyabrın 9-dək [email protected] ünvanına müraciət edə və ya 050 295 01 00 telefon nömrəsinə zəng vura bilərlər. Drift dərslərində iştirak ödənişlidir. İlk dərslər oktyabrın 11-dən 14-dək Dənizkənarı Milli Park ərazisində keçiriləcək.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












