Avtomobil nömrəsini “bron” etmək olar?

Avtomobil alqı-satqısı zamanı ən çox müzakirə olunan məsələlərdən biri də dövlət qeydiyyat nişanlarının taleyidir. Bəzən sürücü həmin nömrəni yeni avtomobil alanadək öz adında saxlamaq istəyir. Bu baxımdan nömrələrin “bron” edilməsi mümkündür?
Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında bildirib ki, hazırda bununla bağlı Azərbaycanda hər hansı problem yoxdur.
Lakin ekspert hesab edir ki, bu məsələni qanunvericilikdə əks etdirmək mümkündür. Çünki qanunvericilikdə yer alarsa, daha möhkəm və aydın mexanizm formalaşar:
“İndiki halda vətəndaş avtomobilini satarkən nömrədən imtina edir və ya nömrənin saxlanılmasını istəyirsə, yol polisi onu müvəqqəti olaraq saxlayır. Vətəndaş sonradan yeni avtomobil alıb müraciət etdikdə və bildirəndə ki, onun adına əvvəlki nömrə mövcuddur, həmin nömrə ona təqdim olunur”.
“Yəni hazırda bunun konkret müddəti yoxdur və məsələ qeyri-rəsmi qaydada tənzimlənir. Lakin bu mexanizm rəsmi şəkildə qanunvericiliyə daxil edilsə və vətəndaş dövlətə müəyyən ödəniş edərək nömrəni öz adına rəsmiləşdirsə, daha etibarlı və şəffaf bir sistem formalaşa bilər”, - deyə E.Muradlı qeyd edib./metbuat.az
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












