Avtomobil oğurlayaraq hissələrə bölüb satan şəxs tutulub - Sabirabadda

Sabirabad rayonunda avtomobil oğurlayaraq hissələrə bölüb satan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən Saatlı rayon sakini R.Qubadov iyulun 22-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Zabit Məhərrəmov olduğu, qeyd edilən avtomobili hissələrə bölərək satdığı, kuzov hissəsini isə yandırdığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












