Avtomobil qaçıran şəxslər saxlanılıb - Sabunçuda

Paytaxtda avtomobil oğurları saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ruslan Məmmədov aprelin 29-da gecə saatlarında Pirşağı qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil polis əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Abşeron rayon sakinləri Elnur Sədirxanov, Ceyhun Məhərrəmov və Samir Tağıyev olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












