Avtomobil qaçıranlar “isti izlər”lə yaxalanıblar

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, oktyabrın 1-də saat 14 radələrində Quba şəhər sakini Veysəl Mirzəbəyovun “Volkswagen” markalı avtomobilinin Qəçrəş kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Nazirliyin Təhlükəsiz Şəhər Xidmətinin, Əlahiddə Çevik Polis Alayının və Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan nəqliyyat vasitəsi paytaxtın Nizami rayonu Q.Qarayev prospektində saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Yevlax rayon sakini Pərviz Hüseynov da tutulub. Həmin gün saat 13 radələrində Bakı şəhər sakini Yadigar Əkbərovun “VAZ-2106” markalı avtomobilinin Zirə qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə daxil olmuş məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil qısa müddətdə qəsəbə ərazisində onu idarə edən Bakı şəhər sakini Eldar Qarayevlə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












