Avtomobil qəzaları çoxalır: kimdir günahkar?

Son günlər ölümlə nəticələnən avtomobil qəzalarının sayında artım müşahidə edilir. Bu tendensiyanın həm sürücülərin davranışına, həm də mövsümi şərtlərə bağlı şəkildə dəyişə bildiyi düşünülür.
Bəs görəsən bunun səbəbi nədir? Hava şəraitinin dəyişməsi qəza riskini artırırmı?
Nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, qəzalara fərdi yanaşmaq lazımdır, çünki onların hamısı eyni səbəbdən qaynaqlanmır:
“Bəzən sürücülər yüksək sürətlə hərəkət etdiklərinə görə nəqliyyat vasitəsinə nəzarəti itirir və nəticədə ağır hadisələr baş verir. Hava şəraiti ilə bağlı olan qəzalar isə başqa kateqoriyaya daxildir. Məsələn, dünən yaşanan yük maşını ilə bağlı qəza məhz hava və yol şəraitinin təsiri altında baş vermişdi”.
Ekspert qeyd edib ki, son zamanlar yük maşınlarının yaratdığı təhlükə xüsusi narahatlıq doğurur:
“Bu tip nəqliyyat vasitələrinə nəzarətin lazımi səviyyədə olmaması yolları daha da riskli edir. Günün istənilən saatında qarşımıza qəfil çıxan yük maşınları bəzən necə gəldi, harada gəldi hərəkət edir, manevr qaydalarına əməl etmirlər və nəticədə həm özlərinə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaradırlar. Bu hallar getdikcə artmaqdadır”.
Müsahibimiz bildirib ki,digər növ qəzalarda isə vəziyyət fərqlidir:
“Burada əsasən hava şəraitinin yaratdığı çətinliklər önə çıxır. Yağışlı havalarda əyləcləmə məsafəsinin uzanması, yolun sürüşkən olması, avtomobilin su üzərində “üzməsi” kimi hallar sürücülərdən daha diqqətli olmağı tələb edir. Bu məqamda mühüm məsuliyyət təkərlərin üzərinə düşür. Yəni, təkərlərin vəziyyəti, onların yol tutumu və aşınma dərəcəsi təhlükəsiz hərəkətdə həlledici rola malikdir”.
R.Raufoğlu son olaraq vurğulayıb ki, bu səbəbdən həm sürətə nəzarət, həm hava şəraitinə uyğun hərəkət, həm də texniki baxımdan saz vəziyyətdə olan avtomobillər qəza riskini minimuma endirmək üçün əsas amillər sayılır.
Xatırladaq ki, ötən gün “MAN” markalı yük avtomobili yağışlı hava şəraiti və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetmə itib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb./sfera.az
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











