Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA

Qlobal enerji böhranının təsirləri avtomobil sektorunda da hiss olunmağa başlayıb. Xüsusilə lüks və yüksək performanslı avtomobillərdə istifadə olunan sintetik mühərrik yağlarının tədarükündə yaranan problemlər bazarda ciddi narahatlıq doğurur.
Avtosfer.az xəbər verir ki, Hörmüz boğazında yaranan fasilələr enerji bazarları ilə yanaşı, avtomobil sənayesinin təchizat zəncirinə də mənfi təsir göstərib. Mütəxəssislər bildirirlər ki, sintetik mühərrik yağlarının istehsalında istifadə olunan xammal üzrə ciddi çatışmazlıq yarana bilər.
Qeyd olunur ki, Körfəz bölgəsi qlobal baza neft istehsalının təxminən 20 faizini təmin edir. Bu səbəbdən bölgədə baş verən gərginlik və daşınmalardakı problemlər mövcud ehtiyatların sürətlə azalmasına səbəb ola bilər.
Məlumata görə, xüsusilə superkarlar və lüks avtomobillər üçün istifadə olunan yüksək performanslı yağların əsas komponenti sayılan III qrup baza yağlarında qlobal çatışmazlıq riski artıb. Şirkətlərin istehsal və logistika proseslərində yaranan çətinliklər təchizat zəncirinə ciddi təzyiq göstərir.
Bildirilir ki, “Shell” şirkətinin Qətərdəki obyektlərinə dəyən ziyan və Cənubi Koreyanın ixrac məhdudiyyətləri böhranı daha da dərinləşdirən əsas amillərdən hesab olunur.
Eyni zamanda, Şimali Avropada baza neftinin qiymətləri müharibənin başlanmasından sonra demək olar ki, iki dəfə artaraq tarixi maksimum səviyyəyə çatıb. Bu isə həm istehsalçılar, həm də avtomobil sahibləri üçün əlavə maliyyət yaradır.
Sənaye analitiklərinin fikrincə, mövcud vəziyyət qısamüddətli olmayacaq. Mütəxəssislər hesab edirlər ki, mühərrik yağlarının qiymətlərində artım davam edəcək və məhsul çatışmazlığı ilə bağlı problemlər 2027-ci ilə qədər bazara təsir göstərə bilər.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












