Avtomobil Yolları Agentliyində Həmrəliki Günü və Yeni il münasibəti ilə tədbir keçirilib - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəliyi Günü və Yeni 2019-cu il münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra agentliyin akt zalında keçirilən tədbiri giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb. Saleh Məmmədov xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2019-cu il münasibətilə ürəkdən təbrik edib, yol təsərrüfatı sahəsində çalışan insanlara möhkəm cansağlığı, uzun ömür arzulayıb.
İdarə Heyətinin sədri bildirib ki, dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində 2018-ci il ərzində “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən sistemli fəaliyyət həyata keçirilib: "Avtomobil magistrallarının genişləndirilməsi, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, bu sahəyə davamlı və irihəcmli investisiyalar yönəldilib, 2019-ci ildə də bu istiqamətdə addımlar atılacaq, prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər əldə olunacaq."
Emin
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
















