"Avtomobil yollarının Qaydaları”na əlavələr edilib

Nazirlər Kabineti 2000-ci il 7 fevral tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”na əlavələr edib. Avtosfer.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən Nazirlər Kabinetinin “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 7 fevral tarixli və “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 6 fevral tarixli qərarlarında dəyişiklik edilməsi barədə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2018-ci il 13 iyul tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nın 3.1-ci bəndinə (Avtomobil yollarının istiqamətinin və konstruksiyalarının seçilməsi zamanı texniki-iqtisadi göstəricilərdən başqa, yolun tikintisi və istismarı zamanı onun ətraf mühitə təsir dərəcəsi müəyyənləşdirilməli, yolun landşaftla uyğunluğu nəzərə alınmalı və ətraf mühitə minimum təsir göstərən layihə həllinə üstünlük verilməlidir – red), “Magistral avtomobil yollarının, körpülərin və tunellərin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi təmin olunmalıdır” – abzası əlavə edilib.
Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.2.2-ci yarımbəndində (Neftqazçıxarma sənayesində texnogen xarakterli hadisələrin növləri - red) “Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması,” sözləri “Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və dövlət ekoloji ekspertizasının keçirilməsi,” - sözləri ilə əvəzlənib.
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO








